Bakı. Elçin Hüseynov - Trend:
ABŞ-da prezident postu uğrunda seçki qabağı kampaniyanın favoritləri sayılan demokrat Hillari Klinton və respublikaçı Donald Tramp ötən gün keçirilən və əhəmiyyətli sayılan mərhələdə inamla qalib gəliblər.
Bu barədə Trend TASS-a istinadən xəbər verir.
H.Klinton və D.Tramp Nyu-York ştatında əksər həmpartiyaçıların dəstəyinə nail olublar.
TASS qeyd edir ki, D.Tramp Nyu-Yorku öz "kiçik vətəni" kimi hesab edir.
H.Klinton isə 2001-2009-cu illər ərzində bu ştatı ABŞ Konqresinin senatında təmsil edib.