Bakı. Elçin Hüseynov - Trend:
Yaponiya höküməti ölkədə apreldə baş vermiş bir necə güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına 4,5 milyard dollar vəsait ayırmağı planlaşdırır.
Bu barədə Trend Reuters-ə istinadən xəbər verir.
Baş nazir Sindzo Abe zəlzələnin nəticələrinin aradan qaldırılmasına dair 500 milyard yendən artıq dəyərində əlavə büdcə ayırmaq barədə tapşırıq verib. Planlara əsasən, mayın 13-nə layihə ilə əlaqədar Nazirlər Kabinetinin razılığı alınacaq, işlər isə iyunun 1-dən başlayacaq.
Xatırladaq ki 6,5-7,3 ballıq zəlzələlər aprel ayında Yaponiyanın Kumamoto və Oita prefekturalarında baş tutub. 880 yeraltı təkanlar nəticəsində 48 nəfər həlak olub, iki nəfər itkin düşüb, minlərlə insan yaralanıb.
Daha əvvəl, Yaponiya kökuməti məlumat verib ki, Küsü adasındakı dağıdıcı zəlzələdən sonra bərpa işlərinə 286,1 milyard yen (təxminən 2,5 milyard dollar) tələb olunur. Zəlzələnin kiçik və orta müəssisələrə vurduğu zərərin 160 milyard yen (təxminən 1,4 milyard dollar) təşkil etdiyi də vurğulanıb.