...

XİN: Türkiyə Suriyada yerüstü hərbi əməliyyatlara başlamağı planlaşdırmır

Dünya xəbərləri Materials 17 May 2016 21:21 (UTC +04:00)
Türkiyə Suriyada yerüstü hərbi əməliyyatlara başlamağı planlaşdırmır.
XİN: Türkiyə Suriyada yerüstü hərbi əməliyyatlara başlamağı planlaşdırmır

Ankara. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Suriyada yerüstü hərbi əməliyyatlara başlamağı planlaşdırmır. Bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qeyd olunub ki, Türkiyə İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiyanın bir hissəsidir və bütün əməliyyatlar yalnız koalisiya çərçivəsində aparılır.

XİN-dən bildiriblər ki, Türkiyə İŞİD ilə mübarizə çərçivəsində beynəlxalq koalisiyaya özünün İncirlik hərbi aviabazasını təqdim edib: "Türkiyə Silahlı Qüvvələri ölkəmizin ərazilərinə açılan atəşlərə cavab olaraq, İŞİD döyüşçülərinin mövqelərinə dəqiq zərbələr endirir".

Həmçinin qeyd olunub ki, İŞİD nəinki Türkiyə, bütün region üçün təhdiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti