...

Ukrayna yalnız bu şərtlə Rusiyadan qaz ala bilər

Dünya xəbərləri Materials 7 İyun 2016 01:14 (UTC +04:00)
“Qazprom” müqavilədə dəyişikliyə gedərək daha sərfəli qiymət təklif etsə, Ukrayna Rusiyadan qaz alışını bərpa edə bilər.
Ukrayna yalnız bu şərtlə Rusiyadan qaz ala bilər

Bakı. Trend:

"Qazprom" müqavilədə dəyişikliyə gedərək daha sərfəli qiymət təklif etsə, Ukrayna Rusiyadan qaz alışını bərpa edə bilər.

Trend-in məlumatına görə, bunu Ukraynanın "Naftoqaz" şirkətinin rəhbəri Andrey Kobolev "5-ci kanal"a müsahibəsində bildirib.

O qeyd edib: "Əgər "Qazprom" əlverişsiz və bazara uyğun olmayan müqaviləyə müvəqqəti dəyişiklik etsə, əgər qiymətlər bizə Avropa istiqamətindən təklif edilən qiymətdən aşağı olsa, istehlakçıların xərclərinin minimallaşdırılması məqsədilə bu qazı şərq istiqamətindən almaq düzgün qərar olacaq".

A.Kobolevin sözlərinə görə, dialoq hazırda bu yöndə aparılır.

Qeyd edək ki, Ukrayna ötən ilin noyabr ayının sonundan Rusiyadan qaz alışını dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti