...

"EgyptAir" təyyarəsində partlayış təhlükəsi sovuşdu (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 8 İyun 2016 12:22 (UTC +04:00)
"Özbəkistan Hava Yolları"ndakı mənbə isə deyib ki, təyyarənin eniş etdiyi Ürgənc aeroportu hələ də bağlıdır.
"EgyptAir" təyyarəsində partlayış təhlükəsi sovuşdu (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:12-də yayılıb)

Bakı. Trend:

Qahirədən Pekinə istiqamət götürmüş "EgyptAir" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə məlumat yalan çıxdı.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Misir Aviasiya Nazrliyindəki mənbə deyib.

"Özbəkistan Hava Yolları"ndakı mənbə isə deyib ki, təyyarənin eniş etdiyi Ürgənc aeroportu hələ də bağlıdır.

X X X

11:12

Qahirə-Pekin reysini həyata keçirən Misirin "EgyptAir" şirkətinə məxsus təyyarə partlayış təhlükəsi səbəbindən Özbəkistanda məcburi eniş edib.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti aviaşirkətdəki mənbəyə istinadən xəbər yayıb.

Bəhreynin "əl-Vasat" qəzeti yazır ki, hava gəmisində partlayıcı qurğu olması barədə anonim informasiya daxil olduqdan dərhal sonra təyyarə Özbəkistanın Ürgənc aeroportunda məcburi eniş edib.

Təyyarənin göyərtəsində 17 nəfər ekipaj üzvü və 118 sərnişin olub.

Hazırda yoxlama işlərinin aparıldığı bildirilir. Sərnişinlər təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti