...

Almatıda silahlı hücum zamanı 4 nəfər ölüb

Dünya xəbərləri Materials 18 İyul 2016 13:07 (UTC +04:00)
Üç polis əməkdaşı və bir mülki şəxs Almatıda silahlı hücum nəticəsində həlak olub.
Almatıda silahlı hücum zamanı 4 nəfər ölüb

Bakı. Yelena Kosolapova - Trend:

Üç polis əməkdaşı və bir mülki şəxs Almatıda silahlı hücum nəticəsində həlak olub.

Bu barədə Trend Qazaxıstan DİN-ə istinadən məlumat verir.

Məlumatda deyilir: "Cinayətkarlar əvvəlcə şəhər sakininə məxsus minik avtomobilini ələ keçirməyə cəhd ediblər, nəticədə sürücü ölüb. 3 polis əməkdaşları isə güllə yarası alaraq xəstəxanada ölüblər. Hələ də yaralı polislər var".

Silahlı hücumu törədənlərdən biri yaralanıb və polis tərəfindən tutulub. Onun şəxsiyyəti müəyyənləşdirilib. İlkin məlumata əsasən, saxlanılan şəxs bundan əvvəl məhkumluq həyatı yaşamış 27 yaşlı gəncdir.

Qeyd edək ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) Antiterror Mərkəzi naməlum şəxslərin Daxili İşlər Nazirliyinin Almalı rayon idarəsinin binasına və MTK-nın departamentinə hücum edildiyinə dair daha əvvəl mətbuatda yayılan informasiyanı təsdiq edib.

Mərkəzdən bildiriblər ki, bu səbəbdən Almatı ərazisində terror təhlükəsi kritik səviyyəyə (“qırmızı”) çatdırılıb.

Buna qədər Almatı şəhər Daxili İşlər Departamenti antiterror əməliyyatı keçirildiyini elan edib və Almatı sakinlərini evlərini tərk etməməyə, insanların kütləvi toplaşdığı ərazilərdən uzaq durmağa və bütün şübhəli şəxslər barədə hüquq-mühafizə orqanlarına dərhal məlumata verməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti