...

Tehran Türkiyə, İran və Rusiya görüşünü təklif edir

Dünya xəbərləri Materials 13 Avqust 2016 12:12 (UTC +04:00)
Tehran Suriya böhranından çıxış yollarını müzakirə etmək üçün Türkiyə, İran və Rusiya nümayəndələrinin üçtərəfli görüşünün təşkilini təklif edir.
Tehran Türkiyə, İran və Rusiya görüşünü təklif edir

Bakı. Elçin Hüseynov - Trend:

Tehran Suriya böhranından çıxış yollarını müzakirə etmək üçün Türkiyə, İran və Rusiya nümayəndələrinin üçtərəfli görüşünün təşkilini təklif edir. Trend "Al-Hayat" qəzetinə istinadən xəbər verir ki, bu təkliflə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

Ötən gün M.C.Zərif Ankarada Türkiyə prezidenti, baş naziri və xarici işlər naziri ilə müzakirələr aparıb.

Qəzet yazır ki, danışıqlar zamanı hər iki tərəf siyasi əməkdaşlığı möhkəmləndirməyi qərara alıblar. Tərəflər bəyan ediblər ki, Suriyada vəhdətin saxlanılması və kürd separatist hərəkatı ilə mübarizə Ankara və Tehran üçün önəm təşkil edir.

Qəzet bir neçə həftədən sonra prezident Rəcəb Tayyib Ərdoğanın Tehrana səfərinin mümkünlüyü barədə qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti