...

Brüsselin kriminalistika institutuna hücum edilib

Dünya xəbərləri Materials 29 Avqust 2016 13:16 (UTC +04:00)
Brüsselin şimalında yerləşən Belçika Kriminalistika İnstitutuna hücum edilib.
Brüsselin kriminalistika institutuna hücum edilib

Bakı. Elçin Hüseynov - Trend:

Brüsselin şimalında yerləşən Belçika Kriminalistika İnstitutuna hücum edilib. Trend "Reutres"ə istinadən xəbər verir ki, hücum gecə saatlarında baş verib.

Bir neçə nəfər avtomobillə institutun darvazasını sındırıb keçdikdən sonra partlayıcı qurğunu işə salıb. Partlayış laboratoriya yerləşən binanın yaxınlığında baş tutduğundan yanğın baş verib.

Binada insanların olmadığına görə tələfat və xəsarət alan olmayıb.

Belçikanın ədliyyə naziri Koen Gens bildirib ki, baş verən hadisəni terror hücumu kimi qələmə vermək hələ tezdir, istintaq aparılmalıdır. Onun fikrincə, cinayətkarlar laboratoriyadakı bəzi dəlil əşyaları məhv etmək üçün binanı partlatmaq qərarına qələ bilərdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti