...

İran XİN: Talibanla heç bir əlaqə yoxdur

Dünya xəbərləri Materials 31 Oktyabr 2016 13:40 (UTC +04:00)
Rəsmi Tehran Əfqanıstanda fəaliyyət göstərən Taliban terror təşkilatı ilə əlaqələrinin olmadığını deyir
İran XİN: Talibanla heç bir əlaqə yoxdur

BAKI - Trend:

Rəsmi Tehran Əfqanıstanda fəaliyyət göstərən Taliban terror təşkilatı ilə əlaqələrini təkzib edir. Trend-in məlumatına görə, bu barədə açıqlamanı İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Bəhram Qassemi verib.

XİN rəsmisinin sözlərinə görə, bu cür şayiələr terror təşkilatının “himayədarları” tərəfindən İrana qarşı düşmənçiliyin artırılması məqsədilə yayılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Birləşmiş Ərəb Əmirlikləri mətbuatında Talibanın nümayəndəsi Molla Zəbiullanın İranla əlaqələrinin mövcud olduğu iddia edilmişdi.

İran XİN-in nümayəndəsi bu iddiaların rəsmi Tehrana ünvanlanmış növbəti bir yalan olduğunu, İranın terror təşkilatlarına qarşı mübarizədə aparıcı rol oynadığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti