...

Kolizey zəlzələlərdən zərər gördümü?

Dünya xəbərləri Materials 2 Noyabr 2016 15:49 (UTC +04:00)
Bazar günü güclü zəlzələdən sonra Kolizeydə zəruri yoxlama aparılıb.
Kolizey zəlzələlərdən zərər gördümü?

Bakı. Trend:

Romanın məşhur qədim amfiteatrı Kolizey İtaliyanın mərkəzi hissəsində oktyabrın 26-sı və 30-da baş vermiş güclü zəlzələlərdən zərər görməyib.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə İtaliya Mədəniyyət Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, bazar günü güclü zəlzələdən sonra Kolizeydə zəruri yoxlama aparılıb:

"Buna görə abidə bir neçə saat bağlı olub. Yoxlamalar nəticəsində abidənin heç bir zərər görmədiyi müəyyən edilib. Hazırda Kolizey açıqdır, heç bir problem yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti