...

NATO-nun baş katibi İstanbula gəlir

Dünya xəbərləri Materials 18 Noyabr 2016 15:12 (UTC +04:00)
NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 20-də Türkiyəyə səfər edəcək.
NATO-nun baş katibi İstanbula gəlir

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 20-də Türkiyəyə səfər edəcək.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Brüsseldə Alman Marşal Fondunun nümayəndəliyində çıxış edən Y.Stoltenberq bildirib: "Mən bazar günü yenə İstanbulda olacağam".

O, İstanbulda NATO Parlamentlərarası Assambleyasının işində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti