...

Tacikistanla Çin sərhədində zəlzələ - ölən var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 26 Noyabr 2016 03:17 (UTC +04:00)
Tacikistanla Çin sərhədində 6,9 bal gücündə zəlzələ baş verib.
Tacikistanla Çin sərhədində zəlzələ - ölən var (YENİLƏNİB)

Bakı. Trend:

Tacikistanla Çin sərhədində 6,9 bal gücündə baş verən zəlzələ nəticəsində Çinin Akto şəhərində bir nəfər həlak olub. Bu barədə Trend "Xinhua" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, zəlzələ nəticəsində altı evə ziyan dəyib.

X X X

19:32

Tacikistanla Çin sərhədində 6,9 bal gücündə zəlzələ baş verib.

Trend "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, ABŞ Geoloji xidmətinin məlumatına görə, zəlzələnin episentri Tacikistanın Karakul gölündən şimal-şərqdə qeydə alınıb.

Zəlzələ Tacikstanla yanaşı Çinin Sintzyan-Uyğur Muxtar Vilayətində də eyni dərəcədə hiss olunub.

Ölən və dağıntılar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti