...

Nazarbayevdən Astananın onun şərəfinə adlandırılması təklifinə münasibət

Dünya xəbərləri Materials 28 Noyabr 2016 18:16 (UTC +04:00)
Nursultan Nazarbayev ölkə paytaxtının onun şərəfinə adlandırılması təkliflərinə görə həmvətənlərinə təşəkkürünü bildirib.
Nazarbayevdən Astananın onun şərəfinə adlandırılması təklifinə münasibət

Bakı. Trend:

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkə paytaxtının onun şərəfinə adlandırılması təkliflərinə görə həmvətənlərinə təşəkkürünü bildirib.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Bundan əvvəl parlamentin Aşağı palatasının deputatı Kuanış Sultanov paytaxt Astananın ölkə Prezidentinin şərəfinə adlandırılmasını təklif etmişdi. Bir sıra deputatlar paytaxtın adının "Nursultan" və ya "Nazarbayev"lə dəyişdirilməsini istisna etməyiblər.

N.Nazarbayev isə buna lüzum görmür: "Ölkəmizin 25 ildə qazandığı nailiyyətlərin mənim adımla bağlanması xoşdur, lakin silahdaşlarım olmadan biz bu uğurları qazana bilməzdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti