Bakı. Trend:
ABŞ-ın Ayova ştatının Pella şəhərində minik avtomobili supermarketə sürətlə çırpılıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.
Alıcıları təcili evakuasiya olunub, hadisə yerinə polis və həkimlər cəlb olunub.
Avtomobilin sürücüsü sağ qalıb. Baş vermiş faktla bağlı araşdırma aparılır.