...

Özbəkistanda prezident seçkilərinin ilkin nəticələri elan ediləcək

Dünya xəbərləri Materials 5 Dekabr 2016 08:43 (UTC +04:00)
Özbəkistanın Mərkəzi Seçkilər Komitəsi (MSK) bu gün bazar günü keçirilən prezident seçkilərinin ilkin nəticələrini elan edəcək
Özbəkistanda prezident seçkilərinin ilkin nəticələri elan ediləcək

Daşkənd. Dəmir Əzizov - Trend:

Özbəkistanın Mərkəzi Seçkilər Komitəsi (MSK) bu gün bazar günü keçirilən prezident seçkilərinin ilkin nəticələrini elan edəcək.

Özbəkistanın prezidenti vəzifəsinə 4 siyasi partiyanın nümayəndələrinin namizədlikləri irəli sürülüb.

Seçkilərdə seçicilərin ümumi sayından (20 milyon 428,89 min vətəndaş) 17 milyon 941,95 min və ya 87,83 faiz iştirak edib. Yerli vaxtla saat 11:00-dək seçicilərin 33 % artıq səsini vermişdi və bu Özbəkistan qanunvericiliyinə əsasən seçkilərin baş tutmuş olması deməkdir. Namizədlər dekabrın 2-dək (sükut gününədək) kifayət qədər fəal təbliğat aparıblar.

MSK-nın məlumatına görə, səsvermə seçki qanunvericiliyinin pozuntusu olmadan keçirilib. Özbəkistanın prezident seçkilərinin monitorinqini həm uzunmüddətli, həm də qısamüddətli əsaslarda, 500 dən artıq xarici ölkələrdən, ATƏT, MDB, ŞƏT, islam Əməkdaşlıq Təşkilatı və Ümumdünya Seçki Orqanları Təşkilatından müşahidəçilər həyata keçirib.

MSK "seçki kampaniyasının aydınlığın və aşkarlığın təmin etmək üçün" 1,3 min yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələrini akkreditasiya edib.

Özbəkistanın seçki qanunvericiliyinə görə, səsvermənin nəticələri barədə rəsmi məlumat səsvermə günündən ən geci 10 gün keçdikdən sonra MSK tərəfindən dərc edilməlidir.

Yeni prezidentinin inauqurasiya mərasimi seçkinin rəsmi nəticələri elan olunduqdan sonra iki ay ərzində keçiriləcək. Prezident ardıcıl iki müddət imkanı ilə beş il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti