...

Türkiyədə ötən həftə 15 terrorçu zərərsizləşdirilib (VİDEO)

Dünya xəbərləri Materials 12 Dekabr 2016 15:06 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri və Quru Qoşunları ötən həftə ölkə daxilində 267 antiterror əməliyyatı həyata keçirib.
Türkiyədə ötən həftə 15 terrorçu zərərsizləşdirilib (VİDEO)

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələri və Quru Qoşunları ötən həftə ölkə daxilində 267 antiterror əməliyyatı həyata keçirib.

Bu barədə Trend "Haber 7" qəzetinə istinadən xəbər verir.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, əməliyyatlar zamanı 11-i ölü, 2-si yaralı, 2-si isə sağ ələ keçirilməklə, 15 terrorçu zərərsizləşdirilib.

Həmçinin əməliyyatlar nəticəsində xeyli sayda silah-sursat aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti