...

Moskvada 15 milyon dollara park tikiləcək

Dünya xəbərləri Materials 12 Dekabr 2016 18:42 (UTC +04:00)
2018-ci ilin əvvəlində Moskvada Hollivudun "DreamWorks Animation" kinostudiyasının əyləncə parkı açılacaq
Moskvada 15 milyon dollara park tikiləcək

Bakı. Trend:

2018-ci ilin əvvəlində Moskvada Hollivudun "DreamWorks Animation" kinostudiyasının əyləncə parkı açılacaq.

Trend-in "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, "DreamPlay" adlanacaq parkın tikintisinə 15 milyon dollar investisiya qoyulacaq.

Əyləncə kompleksinin tikintisinin 2017-ci ildə başlaması planlaşdırılır.

Parkın ümumi ərazisi 6 000 kvadrat metr təşkil edəcək. Bu parkda "DreamWorks" kinostudiyasının çəkdiyi film qəhrəmanları – Kunq-fu panda, Şrek və “Madaqaskar” filminin qəhrəmanlarının yer aldığı attraksionlar fəaliyyət göstərəcək.

Hazırda "DreamPlay" parkı yalnız Filippinin paytaxtı Manilada mövcuddur. Rusiya bu parkın tikiləcəyi ikinci ölkə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti