...

Sabah Özbəkistanın yeni prezidentinin andiçmə mərasimi keçiriləcək

Dünya xəbərləri Materials 13 Dekabr 2016 20:47 (UTC +04:00)
Özbəkistanın yeni prezidenti Şövkət Mirziyayevin sabah andiçmə mərasimi keçiriləcək.
Sabah Özbəkistanın yeni prezidentinin andiçmə mərasimi keçiriləcək

Daşkənd. Dəmir Əzizov - Trend:

Özbəkistanın yeni prezidenti Şövkət Mirziyayevin sabah andiçmə mərasimi keçiriləcək.

Bu barədə Trend-ə Özbəkistan Parlamentindən məlumat verilib. Mərasim Parlamentin hər iki palatasının birgə iclasının gedişatında baş tutacaq.

Qeyd edək ki, bu il sentyabrın 2-də Özbəkistanın keçmiş prezidenti İslam Kərimov insultdan dünyasını dəyişib. Bu səbəbdən ölkədə dekabrın 4-də növbədənkənar prezident seçkiləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti