...

Türkiyə XİN: Günahkarlar ədalət məhkəməsi qarşısında cavab verəcəklər

Dünya xəbərləri Materials 19 Dekabr 2016 23:37 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Ankaradakı səfiri Andrey Karlova qarşı silahlı hücumu kəskin şəkildə pisləyir.
Türkiyə XİN: Günahkarlar ədalət məhkəməsi qarşısında cavab verəcəklər

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Ankaradakı səfiri Andrey Karlova qarşı silahlı hücumu kəskin şəkildə pisləyir.

Trend-in məlumatına görə, XİN-in bəyanatında deyilir:

"Türkiyə bu xəyanətkar terror aktını qınayır. Hücum edən şəxs zərərsizləşdirilib. Bu faciəvi hadisə geniş və hərtərəfli araşdırılacaq. Bütün günahkarlar Türkiyə ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Türkiyə Rusiya və digər tərəfdaşlarla birlikdə gələcəkdə də terrorizmlə qətiyyətli mübarizə istiqamətində addımlar atacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti