...

Milyonlarla istifadəçi WhatsApp-sız qalacaq

Dünya xəbərləri Materials 2 Yanvar 2017 11:29 (UTC +04:00)
Smartfonlar üçün "WhatsApp" messencerini hazırlayanlar bu mobil tətbiqin bir çox köhnəlmiş qacetlərdə işləməyəcəyini bəyan ediblər.
Milyonlarla istifadəçi WhatsApp-sız qalacaq

Bakı. Trend:

Smartfonlar üçün "WhatsApp" messencerini hazırlayanlar bu mobil tətbiqin bir çox köhnəlmiş qacetlərdə işləməyəcəyini bəyan ediblər.

Bu barədə Trend "Daily Express" nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, "WhatsApp" iPhone 3GS-də, "Windows Phone 7" mobil qurğularında və 2.1 və 2.2 versiyaları üzrə "Android" əməliyyat sistemlərindən istifadə edən telefonlarda işləməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti