...

Tokionun şimal-şərqində zəlzələ olub

Dünya xəbərləri Materials 4 Yanvar 2017 22:01 (UTC +04:00)
Tokionun şimal-şərqində 5,3 bal gücündə zəlzələ baş verib
Tokionun şimal-şərqində zəlzələ olub

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokionun şimal-şərqində 5,3 bal gücündə zəlzələ baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Fukusima prefekturasının yaxınlığımda olub, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar Tokioda hiss edilib. Sunami təhlükəsi elan edilməyib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti