...

Suriyanın şimalında partlayış: 60 ölü, 50 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 7 Yanvar 2017 17:28 (UTC +04:00)
Verilən son məlumatlara görə, Suriyanın şimalında yerləşən Aazaz şəhərində baş vermiş partlayışda ölənlərin sayı 60-a çatıb. 50 nəfərin isə yaralandığı bildirilir.
Suriyanın şimalında partlayış: 60 ölü, 50 yaralı (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər saat 16:02-də yayılıb)

Bakı. Trend:

Verilən son məlumatlara görə, Suriyanın şimalında yerləşən Aazaz şəhərində baş vermiş partlayışda ölənlərin sayı 60-a çatıb. 50 nəfərin isə yaralandığı bildirilir.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.

x x x

Suriyanın şimalında yerləşən Aazaz şəhərində baş vermiş partlayışda 25 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Aazaz şəhəri Türkiyə ilə sərhəddə yerləşir. Məlumatda qeyd olunur ki, şəhərdə minalanmış avtomobil partlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti