...

Tramp bildirib ki, Tereza Mey ilə görüşü səbirsizliklə gözləyir

Dünya xəbərləri Materials 8 Yanvar 2017 07:26 (UTC +04:00)
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, yazda Vaşinqtonda baş tutacaq Böyük Britaniyanın baş naziri Tereza Mey ilə görüşü səbirsizliklə gözləyir
Tramp bildirib ki, Tereza Mey ilə görüşü səbirsizliklə gözləyir

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, yazda Vaşinqtonda baş tutacaq Böyük Britaniyanın baş naziri Tereza Mey ilə görüşü səbirsizliklə gözləyir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Tramp bunu öz "Twitter" hesabında yazıb.

"Mən yazda Vaşinqtonda baş tutacaq baş nazir Tereza Mey ilə görüşü səbirsizliklə gözləyirəm. Böyük Britaniya ABŞ-ın çoxdankı və xüsusi mütəffiqidir", - Tramp "Twitter" yazıb.

Qeyd edək ki, cümə günü məlum olub ki, britaniyalı siyasətçi prezident Donald Tramp ilə görüş üçün ABŞ-a səfər edəcək. Səfərin dəqiq tarixi açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti