...

Netanyahu Qüdsdə baş verən terrorla bağlı danışdı

Dünya xəbərləri Materials 8 Yanvar 2017 20:11 (UTC +04:00)
Əldə olunan bütün məlumatlar yük maşını ilə əsgərlərə hücum dən şəxsin İŞİD-lə əlaqəsi olduğunu göstərir
Netanyahu Qüdsdə baş verən terrorla bağlı danışdı

Bakı. Trend:

Əldə olunan bütün məlumatlar yük maşını ilə əsgərlərə hücum dən şəxsin İŞİD-lə əlaqəsi olduğunu göstərir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Qeyd edək ki, bu gün Qüdsdə naməlum şəxs yük maşınını bir qrup əsgərin üzərinə sürüb. Hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Sürücü güllələnib. Yerli polis hadisənin terror aktı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti