...

İordaniyada ABŞ hərbçisi ölüb

Dünya xəbərləri Materials 9 Yanvar 2017 08:51 (UTC +04:00)
İordaniyada xidmət edən ABŞ hərbçisi naməlum şəraitdə ölüb.
İordaniyada ABŞ hərbçisi ölüb

Bakı. Trend:

İordaniyada xidmət edən ABŞ hərbçisi naməlum şəraitdə ölüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ müdafiə nazirliyi bildirib.

Məlumata görə, Texas ştatından olan əsgər İsayya Buker yanvarın 7-də vəfat edib.

Qeyd edilir ki, onun ölümü hərbi əməliyyatlarla bağlı deyil. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti