...

Yaponiya səfiri və baş konsulu Cənubi Koreyanı tərk etdilər, çünki...

Dünya xəbərləri Materials 9 Yanvar 2017 09:44 (UTC +04:00)
Yaponiyanın Cənubi Koreyadakı səfiri Yasumasa Naqamine və baş konsulu Yasuxiro Morimoto Seulu tərk edərək müvəqqəti olaraq Tokioya qayıdıblar.
Yaponiya səfiri və baş konsulu Cənubi Koreyanı tərk etdilər, çünki...

Bakı. Trend:

Yaponiyanın Cənubi Koreyadakı səfiri Yasumasa Naqamine və baş konsulu Yasuxiro Morimoto Seulu tərk edərək müvəqqəti olaraq Tokioya qayıdıblar.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb Pusandakı Baş konsulluğun qarşısında XX əsrin birinci yarısında ölkənin yapon işğalı zamanı cinsi zorakılığa məruz qalmış qadının heykəlinin qoyulması olub.

Qeyd edək ki, abidə Cənubi Koreyanın ictimai təşkilatları tərəfindən dekabrın 28-də qoyulmuş, lakin həmin gün də götürülmüşdü. Dekabrın 30-da isə fəallar heykəlin yenidən Yaponiya diplomatik nümayəndəliyi qarşısında qoyulmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti