...

Türkiyə parlamenti konstitusiyaya dəyişiklikləri müzakirə edəcək

Dünya xəbərləri Materials 9 Yanvar 2017 11:16 (UTC +04:00)
Türkiyə parlamentində bu gün ölkə konstitusiyasına dəyişikliklər müzakirə olunacaq
Türkiyə parlamenti konstitusiyaya dəyişiklikləri müzakirə edəcək

Ankara. Atilla Caner - Trend:

Türkiyə parlamentində bu gün ölkə konstitusiyasına dəyişikliklər müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə parlamentin yaydığı məlumatda deyilir.

Müzakirələrdə Türkiyənin bütün siyasi partiyaları iştirak edəcək.

Qeyd edək ki, təklif olunan dəyişikliklərə əsasən, Türkiyənin indiki parlament idarəetmə üsulundan prezident idarəetmə üsuluna keçidi nəzərdə tutulur.

Bundan başqa, dəyişikliklərdə həmçinin, parlamentdə millət vəkillərinin sayının 550-dən 600-ə, parlamentin fəaliyyət müddətinin 4 ildən 5 ilədək artırılması da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti