...

İstanbulda 400-ə yaxın uçuş təxirə salınıb

Dünya xəbərləri Materials 9 Yanvar 2017 11:55 (UTC +04:00)
“Türk Hava Yolları” aviaşirkəti İstanbulun hava limanlarında 378 ölkədaxili və beynəlxalq reysi təxirə salıb.
İstanbulda 400-ə yaxın uçuş təxirə salınıb

Bakı. Trend:

“Türk Hava Yolları” aviaşirkəti İstanbulun hava limanlarında 378 ölkədaxili və beynəlxalq reysi təxirə salıb.

Trend-in məlumatına görə, bu qərar davam edən pis hava şəraiti ilə əlaqədar qəbul edilib.

Ötən həftə sonu İstanbulda 1100-ə yaxın uçuş təxirə salınmışdı.

Qeyd edək ki, İstanbul və ətraf bölgədə sərt soyuqlar üç gündür ki, davam edir. Şəhər yollarında da buzlanma səbəbi ilə nəqliyyatın hərəkəti çətinləşib. Bosfor boğazının da gəmilər üçün bağlanması barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti