...

Mosulda İŞİD-ə qarşı əməliyyatlar 138 min sakini didərgin salıb

Dünya xəbərləri Materials 9 Yanvar 2017 13:00 (UTC +04:00)
İŞİD terror qruplaşmasına qarşı aparılan hərbi əməliyyatlar səbəbindən təqribən 138 min sakin öz evini tərk etməyə məcbur olub.
Mosulda İŞİD-ə qarşı əməliyyatlar 138 min sakini didərgin salıb

Bakı. Trend:

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasına qarşı aparılan hərbi əməliyyatlar səbəbindən təqribən 138 min sakin öz evini tərk etməyə məcbur olub.

Trend-in Beynəlxalq Miqrasiya Təşkilatına istinadən verdiyi məlumata görə, Mosul əməliyyatı başlayandan - 2016-cı il oktyabrın 17-dən 137 880 nəfər və ya 22 980 ailə evini tərk edib.

Onlardan 134 964-ü Mosulun da daxil olduğu Neynəva vilayətindən, 43 728 nəfər isə şəhərin özündən çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti