...

Tramp kürəkənini baş məsləhətçisi təyin edəcək

Dünya xəbərləri Materials 10 Yanvar 2017 03:10 (UTC +04:00)
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp kürəkəni Cared Kuşneri özünün baş məsləhətçisi təyin edəcək
Tramp kürəkənini baş məsləhətçisi təyin edəcək

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp kürəkəni Cared Kuşneri özünün baş məsləhətçisi təyin edəcək.

Trend-in "СNBC" telekanalına istinadən verdiyi məlumata görə, Trampın özü bu məlumatları şərh etməkdən imtina edib və jurnalistlərə onun çərşənbə günü baş tutacaq mətbuat konfransını gözləməyi məsləhət görüb.

Qeyd edək ki, sahibkar və milyonçu Kuşner Trampın qızı İvanka Trampın həyat yoldaşıdır. Çərşənbə axşamı onun 36 yaşı tamam olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti