...

“British Airways” uçmur - əməkdaşları tətil keçirir

Dünya xəbərləri Materials 10 Yanvar 2017 12:35 (UTC +04:00)
“British Airways” avişirkətinin əməkdaşları ikigünlük tətilə başlayıb.
“British Airways” uçmur - əməkdaşları tətil keçirir

Bakı. Trend:

"British Airways"” avişirkətinin əməkdaşları ikigünlük tətilə başlayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Tətilə həmkarlar ittifaqının 3000-ə yaxın üzvü qatılıb. Məlumata görə, tətilin keçirilməsinə səbəb aşağı əmək haqqı və şirkət rəhbərliyinin verdiyi vədləri yerinə yetirməməsi göstərilir.

Aviaşirkətin məlumatına görə, tətil Londonun Hitrou və digər hava limanlarından həyata keçirilən uçuşların böyük əksəriyyətinə təsir göstərməyəcək.

Xəbər lenti

Xəbər lenti