...

Türkiyə Rusiyadan viza rejiminin ləğvini gözləyir

Dünya xəbərləri Materials 11 Yanvar 2017 16:45 (UTC +04:00)
Ankara Moskva tərəfindən türk vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi, daha sonra isə aradan qaldırılmasını gözləyir.
Türkiyə Rusiyadan viza rejiminin ləğvini gözləyir

Bakı. Trend:

Ankara Moskva tərəfindən türk vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi, daha sonra isə aradan qaldırılmasını gözləyir.

Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən bildirir.

Mənbənin sözlərinə görə, Türkiyə Rusiya ilə münasibətləri böhrandan əvvəlki səviyyəyə çatdırmağa və ticarət imkanlarını genişləndirməyə çalışır.

O qeyd edib ki, Türkiyə üçün Rusiya ilə münasibətlər Qərblə münasibətlərin bir alternativi deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti