...

Ərdoğan: Silahlı terrorçu ilə dolları olan terrorçu arasında fərq yoxdur

Dünya xəbərləri Materials 12 Yanvar 2017 17:20 (UTC +04:00)
Türkiyə iqtisadiyyatı ciddi hücumlara məruz qalır.
Ərdoğan: Silahlı terrorçu ilə dolları olan terrorçu arasında fərq yoxdur

Bakı. Trend:

Türkiyə iqtisadiyyatı ciddi hücumlara məruz qalır. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyəyə qarşı hücumların iqtisadiyyata da yönəldiyini artıq hamı görür: "Əlində silahı, bombası olan terrorçu ilə əlində dolları, avrosu, faizi olan terrorçu arasında məqsəd baxımından fərqi yoxdur”.

R.T.Ərdoğan bu cür hücumların məqsədinin Türkiyəni diz çökdürmək, öz hədəflərindən uzaqlaşdırmaq məqsədi daşıdığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti