...

Liviyanın paytaxtında silahlılar bir neçə nazirlik binasını ələ keçiriblər

Dünya xəbərləri Materials 12 Yanvar 2017 20:17 (UTC +04:00)
Bir qrup silahlı Liviyanın paytaxtı Tripolidə nazirliklərin binalarını ələ keçiriblər.
Liviyanın paytaxtında silahlılar bir neçə nazirlik binasını ələ keçiriblər

Bakı. Trend:

Bir qrup silahlı Liviyanın paytaxtı Tripolidə nazirliklərin binalarını ələ keçiriblər.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, hazırda ədliyyə, müdafiə və iqtisadiyyat nazirliyi silahlıların əlindədir.

Ancaq hücumun hansı qüvvələr tərəfindən həyata keçirildiyi ilə bağlı ətraflı məlumat verilmir.

Hazırda Liviyada BMT-nin dəstəyi ilə qurulan milli hökumət fəaliyyət göstərsə də, islamçıların təsiri qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti