...

Mosulun əsas inzibati binası azad edilib

Dünya xəbərləri Materials 13 Yanvar 2017 22:06 (UTC +04:00)
İraq ordusu Mosulda əsas inzibati binanı azad edib
Mosulun əsas inzibati binası azad edilib

Bakı. Trend:

İraq ordusu Mosulda əsas inzibati binanı azad edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə nazirinin köməkçisi səlahiyyətlərini icra edən Eliza Slotkin deyib.

Onun sözlərinə görə, binanın üzərində artıq İraqın bayrağı dalğalanır.

Xatırladaq ki, İraqın ən böyük ikinci şəhəri olan Mosulun İŞİD terror təşkilatından azad edilməsi üçün keçirilən əməliyyatlar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti