...

Qırğızıstanda "Boeing"də həlak olan pilotların adları açıqlanıb

Dünya xəbərləri Materials 16 Yanvar 2017 11:50 (UTC +04:00)
Qırğızıstanda qəzaya uğramış təyyarədə həlak olan pilotların adları açıqlanıb.
Qırğızıstanda "Boeing"də həlak olan pilotların adları açıqlanıb

Bakı. Trend:

Qırğızıstanda qəzaya uğramış Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsində həlak olan pilotların adları açıqlanıb.

Bu barədə Trend Türkiyənin “Vatan” qəzetinə istinadən məlumat verir.

Məlumata görə, təyyarənin komandiri İbrahim Gürgan Diranç, ikinci pilot Kazım Öndül olub. Bundan başqa heyətə Melih Aslan və Nelih Koça daxil olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Bişkekdə Türkiyə şirkətinin yük təyyarəsi qəzaya uğrayıb - 37 ölü (YENİLƏNİB-5) (FOTO/VİDEO)

Bişkekdə Türkiyə şirkətinin yük təyyarəsi qəzaya uğrayıb - 37 ölü (YENİLƏNİB-5) (FOTO/VİDEO)

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti