...

Universitetdə partlayış baş verib - 5 ölü

Dünya xəbərləri Materials 16 Yanvar 2017 13:13 (UTC +04:00)
Nigeriyanın şimal şərqində Mayduquri şəhərində universitet ərazisində iki partlayış baş verib.
Universitetdə partlayış baş verib - 5 ölü

Bakı. Trend:

Nigeriyanın şimal şərqində Mayduquri şəhərində universitet ərazisində iki partlayış baş verib.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, partlayış nəticəsində azı beş nəfərin öldüyü bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, birinci partlayış məsciddə baş verib.

Həmin vaxt orada olan universitetin professoru həlak olub. İkinci partlayış isə Universitetin giriş qapısı yanında baş verib.

Hazırda polis hadisə yerində araşdırma aparır. Polis professor da daxil olmaqla, 5 nəfərin öldüyü barədə məlumatı təsdiqləyir. Polisin verdiyi məlumata görə, 15 nəfər xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti