Bakı. Trend:
Meksikanın cənub-şərqində gecə klublarından birində baş vermiş atışma nəticəsində azı 5 nəfər ölüb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, atışma nəticəsində yaralananların sayı azı 9 nəfər göstərilir.
Atışma zamanı gecə klububda "Blue Parrot" elektron musiqi festivalı keçirilirmiş.
Məlumata görə, naməlum şəxs kluba daxil olaraq atəş açıb. Ölənlər arasında 3 nəfər klubun mühafizəçisinin olduğu bildirilir.
Cinayətin motivləri hələ məlum deyil.