...

Kanadanın baş naziri ilə əlaqədar istintaq başlayıb

Dünya xəbərləri Materials 16 Yanvar 2017 20:52 (UTC +04:00)
Kanadada maraqların toqquşması və etika üzrə müvəkkil Meri Dauson Baş nazir Jastin Trüdoya qarşı istintaqa başlayıb.
Kanadanın baş naziri ilə əlaqədar istintaq başlayıb

Bakı. Trend:

Kanadada maraqların toqquşması və etika üzrə müvəkkil Meri Dauson Baş nazir Jastin Trüdoya qarşı istintaqa başlayıb.

Trend "TASS" agentliyinə istinadən xəbər verir ki, araşdırmaya səbəb Milad tətilində Trüdo və ailəsinin müsəlman icmasının dini rəhbəri şahzadə Kərim Ağa Xanın şəxsi helikopterindən istifadə etməsi ilə bağlı daxil olan məlumatlardır.

Tətil səyahətində baş naziri hakim Liberal Partiyasının bir neçə üzvü də müşayiət edib. Şahzadə Kərim Ağa Xan Trüdo ailəsinin keçmiş dostudur.

Baş nazir etik kodeksli pozmaqda günahlandırılır. Bundan başqa dövlət qulluqçuları şəxsi hava nəqliyyat vasitələrindən istifadə edə bilıməzlər.

Hazırda işgüzar səfərdə olan C.Trüdo istintaqın bütün suallarına cavab verməyə hazır olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti