Bakı. Trend:
Misirdə naməlum silahlıların nəzarət buraxılış məntəqəsinə hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, daha 3 nəfər yaralanıb.
Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.
X X X
00:52
Misirin cənub-qərbində Vadi el-Qedid əyalətində terrorçuların polisin nəzarət buraxılış məntəqəsinə hücumu zamanı 6 nəfər həlak olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, polis və hücum edənlər arasında hələdə döyüşlər davam edir.
Hadisə yerinə əlavə hərbi güclər cəlb olunub.