Bakı. Trend:
ABŞ-ın Mayami şəhərində bayram şənliyi zamanı baş verən atışmada ən azı 8 nəfər yaralanıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, xəsarət alanlardan 6-sı yerli xəstəxanalara yerləşdirilib, digər iki nəfər' isə hadisə yerində tibbi yardım göstərilib.
Hazırda polis əməkdaşları tərəfindən atışma ilə bağlı 2 nəfər şübhəli saxlanılıb.