...

Vali: İstanbulda gecə klubuna hücum etmiş terrorçu təqsirini etiraf edib

Dünya xəbərləri Materials 17 Yanvar 2017 12:39 (UTC +04:00)
Yeni il gecəsi İstanbulda gecə klubunda silahlı hücum törətmiş terrorçu Əbdülqədir Maşaripov dörd dil bilir və Əfqanıstanda təlim keçib.
Vali: İstanbulda gecə klubuna hücum etmiş terrorçu təqsirini etiraf edib

Bakı. Orxan Quluzadə - Trend:

Yeni il gecəsi İstanbulda gecə klubunda silahlı hücum törətmiş terrorçu Əbdülqədir Maşaripov dörd dil bilir və Əfqanıstanda təlim keçib.

Trend-in NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri İstanbul valisi Vasip Şahin deyib.

Valinin sözlərinə görə, Ə.Maşaripov öz təqsirini etiraf edib və onun barmaq izləri hadisə yerindən götürülən barmaq izləri ilə üst-üstə düşüb.

Vali həmçinin qeyd edib ki, Ə.Maşaripovun evində axtarış zamanı 193 min ABŞ dolları, pnevmatik tapança və pilotsuz uçuş aparatı aşkar edilib. İstintaqın fikrincə, terrorçu bu aparatdan hücum ərəfəsində kəşfiyyat məqsədilə istifadə edib.

Xatırladaq ki, ötən axşam İstanbulun Esenyurt rayonunda aparılan əməliyyat nəticəsində Ə.Maşaripov ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti