...

Çində mədəndə insident - 8 nəfər torpaq altında qlıb

Dünya xəbərləri Materials 17 Yanvar 2017 12:30 (UTC +04:00)
Çinin Şansi vilayətində mədənin uçması nəticəsində torpaq altında azı 8 nəfərin qalması ehtimal edilir.
Çində mədəndə insident - 8 nəfər torpaq altında qlıb

Bakı. Trend:

Çinin Şansi vilayətində mədənin uçması nəticəsində torpaq altında azı 8 nəfərin qalması ehtimal edilir. Trend-in məlumatına görə, bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.

İnsident səhər saatlarında "China National Coal Group Corp" şirkətinə məxsus mədəndə baş verib.

Mədəndə uçqunun baş vermə səbəbi göstərilmir. Hazırda hadisə yerində xilasedicilər işləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti