...

Polşada soyuqdan ölənlərin sayı 85 nəfərə çatıb

Dünya xəbərləri Materials 17 Yanvar 2017 13:31 (UTC +04:00)
Son sutka ərzində Polşada iki nəfəri don vurub.
Polşada soyuqdan ölənlərin sayı 85 nəfərə çatıb

Bakı. Trend:

Son sutka ərzində Polşada iki nəfəri don vurub.

Bu barədə Trend PAP agentliyinə istinadən məlumat verir.

2016-cı il noyabrın 1-dən etibarən ölkədə müşahidə olunan qarlı-şaxtalı hava şəraiti səbəbindən ölənlərin sayı 85 nəfərə çatıb.

Qeyd edək ki, yanvarın ilk yarısında Polşanın Malopol vilayətində gecə havanın temperaturu mənfi 37 dərəcə olub.

Hazırda ölkədə mənfi 6-10 dərəcə şaxta var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti