...

İstanbulda iki qitəni birləşdirən piyada keçidi tikilir - Dənizin dibi ilə

Dünya xəbərləri Materials 18 Yanvar 2017 20:50 (UTC +04:00)
İstanbulun Asiya və Avropa hissəsini birləşdirən İstanbul Boğazının altından piyada tuneli çəkilir.
İstanbulda iki qitəni birləşdirən piyada keçidi tikilir - Dənizin dibi ilə

Bakı. Trend:

İstanbulun Asiya və Avropa hissəsini birləşdirən İstanbul Boğazının altından piyada tuneli çəkilir.

Trend "Anadolu" agnetliyinə istinadən xəbər verir ki, İstanbulun Üsküdar ilə Kabataş hissəsini birləşdirən layihə ilə bağlı işlərə start verilib.

Piyadalar üçün iki qitəni dənizin altından birləşdirən tunel iki kilometr uzunluğunda olacaq.

Dənizin 20 metr dərinliyindən keçəcək ikiqatlı tunelin üst qatını piyadalar və velosipedçilər istifadə edəcəklər. Alt qat isə əlillər üçün nəzərdə tutulub. Üsküdarda Marmaraydan enən piyadalar dənizin altından hərəkət edərək qarşı tərəfdə Kabataş metrosuna keçə biləcəklər.

Tikintinin 2019-cu ildə yekunlaşması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti