...

Myanmada girov götürülən taylandlı turistlər azad edilib

Dünya xəbərləri Materials 21 Yanvar 2017 15:09 (UTC +04:00)
Myanmada silahlı qruplaşma tərəfindən girov götürülən 40 taylandlı turist azad edilib.
Myanmada girov götürülən taylandlı turistlər azad edilib

Bakı. Trend:

Myanmada silahlı qruplaşma tərəfindən girov götürülən 40 taylandlı turist azad edilib.

Trend bu barədə TASS-a istinadən məlumat verir.

Məlumata əsasən hökumətin silahlılarla apardığı danışıqlar nəticəsində onlar bütün girovları azad etməyə razılıq veriblər. Detallar barədə açıqlama verilmir.

Qeyd edək ki, turistləri girov götürən şəxslər hökumətdən daha öncə həbs edilmiş 1 nəfər silahdaşlarını azad etməyi tələb edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti