...

Türkiyədə AKP-nin binasına hücum edən terrorçu məhv edilib

Dünya xəbərləri Materials 22 Yanvar 2017 23:07 (UTC +04:00)
İstanbulda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ofisi və təhlükəsizlik idarəsinin binasını qumbaraatandan atəşə tutan terrorçu məhv edilib
Türkiyədə AKP-nin binasına hücum edən terrorçu məhv edilib

Bakı. Trend:

İstanbulda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ofisi və təhlükəsizlik idarəsinin binasını qumbaraatandan atəşə tutan terrorçu məhv edilib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, İstanbul Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan istintaq nəticəsində terrorçunun Türkiyə Daxili İşlər Nazirliyinin terrorçular siyahısında yer alan və başına 300 min lirə mükafat qoyulan Bilgehan Karpat olduğu müəyyənləşdirilib.

Təkirdağın Muradlı rayonunda olduğu müəyyən edilən terrorçunun yaxalanması üçün əməliyyat keçirilib.

Əməliyyat zamanı polisə atəş açdığı qeyd olunan terrorçu ölü olaraq ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti