...

Çində quş qripinə yoluxma aşkarlandı

Dünya xəbərləri Materials 26 Yanvar 2017 12:09 (UTC +04:00)
Çində H7N9 quş qripi virusu ilə yeni yoluxma faktı aşkar edilib.
Çində quş qripinə yoluxma aşkarlandı

Bakı. Trend:

Çində H7N9 quş qripi virusu ilə yeni yoluxma faktı aşkar edilib.

Trend-in məlumatına görə, Hunan əyalətində qeydə alınan bu yoluxma 2017-ci ildə artıq 17-ci belə faktdır.

Məlumata görə, bu virusa Henyan şəhərinin 67 yaşlı sakini yoluxub. Onun vəziyyəti ağır olaraq dəyərləndirilir.

İlin əvvəlindən bu günədək quş qripinə yoluxan 17 nəfərdən 5-i həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti