...

Polşada 30 avtomobil toqquşdu - Duman səbəbindən

Dünya xəbərləri Materials 26 Yanvar 2017 14:05 (UTC +04:00)
Polşada 30 avtomobilin bir-birinə toqquşması nəticəsində zəncirvari qəza baş verib.
Polşada 30 avtomobil toqquşdu - Duman səbəbindən

Bakı. Trend:

Polşanın Lodz şəhəri yaxınlığında 30 avtomobilin bir-birinə toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Azı 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Yerli polis qəza baş verən zaman havanın dumanlı olduğunu bildirib.

Əvvəlcə yük maşını öndəki maşına çırpılıb. Bundan sonra isə “domino effektli” qəza qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və iki helikopter cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti