...

Peruda 11 nəfər selin qurbanı oldu

Dünya xəbərləri Materials 28 Yanvar 2017 07:00 (UTC +04:00)
Peruda daşqınlar və torpaq sürüşmələri nəticəsində 11 nəfər həlak olub
Peruda 11 nəfər selin qurbanı oldu

Bakı. Trend:

Peruda daşqınlar və torpaq sürüşmələri nəticəsində 11 nəfər həlak olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daşqınlara və torpaq sürüşmələrinə səbəb yağan güclü yağışlar olub.

Məlumatda deyilir ki, əlverişsiz hava şəraiti səbəbindən təxminən 11,4 min ailə zərər çəkib.

Qeyd edək ki, cümə günü Perunun paytaxtı Lima daxil olmaqla Arekipa, Uankavelika və İka şəhərlərində fövqaladə vəziyyət rejimi elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti